Rusiya prezidenti Vladimir Putin Aynoroz yarımadasındakı "Aziz Panteleimon Rus Pravoslav" monastırı və "Athos" dağını ziyarət edib.
Unikal.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Yunanıstan səfərinin ikinci günündə Rus Pravoslav rahiblərinin min ildir yaşadıqları kilsəni və "Athos" dağını ziyarət edib.
Vladimr Putin Yunanıstan prezidenti Prokopis Pavlopulos ilə kilsədə təşkil edilən ayinə qatılıb.
Aynoroz və Rusiya arasında qırılmayacaq bağlar olduğunu vurğulayan Putin: "Bu bağlar dayanmadan gücləndirilməyə davam ediləcək"- deyə bildirib.
Qeyd edək ki, Pravoslavlar üçün mühüm əhəmiyyət kəsb edən "Athos" dağı dünyada dişi heyvanlara belə qadağan olunan Aynoroz yarımadasının ən yüksək nöqtəsi olaraq tanınır. Adı çəkilən dağa pişiklər istisna olmaqla, dişi heyvanların belə girişi qadağandır.
Yarımadanın ən görkəmli monastırı olan "Simonos Petras"-a hər gün yalnız 100 Pravoslav və 10 Pravoslav olmayan kişi namizədin girişinə icazə verilir. Namizədlər yarımadanın 20 monastırından birində yalnız üç gecə qala bilərlər. Qadınlar isə bu dağa girə bilmək üçün icazə ala bilmir. Bu qadağa min ildən çox müddətdir ki, qüvvədədir. Qadınların yarımadanın sahilinə belə 500 metrdən çox yaxınlaşmaqlarına icazə verilmir.