Dünya Bankı "Doing Business 2019 adlı reytinq cədvəlini açıqlayıb.
Unikal.org Bankın saytına istinadən xəbər verir ki, dünyada biznes aparmaq üçün ən münasib ölkələrin yer aldığı reytinq siyahısında Azərbaycan 25-ci pillədə qərarlaşıb.
Avropa və Mərkəzi Asiya ölkələri arasında ən rahat biznes şəraiti Gürcüstanda qurulub. Bu ölkə siyahıda 6-cı pillədə qərarlaşıb. Bundan başqa, Makedoniya 10-cu, Qazaxıstan 28-ci, Ukrayna 71-ci, Rusiya 31-ci və Belarus 37-ci pillədə qərarlaşıb.
Biznes aparmaq üçün ən uyğun ölkələr Yeni Zelandiya, Sinqapur, Danimarka, Honqkonq və Cənubi Koreya sayılır.(modern)