"Prezident İlham Əliyevin elan etdiyi kimi, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşmiş və mahiyyətcə yeni xarakter kəsb edib. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.
Unikal.org xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının (PA) nümayəndəsi Vüsal Şıxəliyev bu gün Dünya Bankı Qrupunun açıqladığı "Doing Business 2019 hesabatı ilə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.
"Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Ölkə Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, "Doing Business 2019 hesabatının da bütün indikatorlarını əhatə edib. Nəticədə 2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib və qeydə alınması üçün "Doing Business komandasına təqdim olunub, - deyə o qeyd edib.
PA rəsmisinin sözlərinə görə, aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.
"Ölkə prezidentinin rəhbərliyi altında həyata keçirilən islahatlar, öz növbəsində, "Doing Business 2019 hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il 31 oktyabr tarixində Dünya Bankı tərəfindən yayımlanan "Doing Business 2019 hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövlətləri siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub, - deyə o bildirib.
"Hesabata əsasən ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edilib. Bunlarla yanaşı, Kiçik investorların maraqlarının qorunması indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, "Biznesə başlama (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə "Doing Business 2019 hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib, - deyə V.Şıxəliyev vurğulayıb.