"Brent" markalı Şimal dəniz neft qatışığının 2019-cu il yanvar
fyuçerslərinin qiyməti 1,54 faiz aşağı düşərək bir barel üçün 74,78
dollar təşkil edib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu, Londonun İCE birjasında keçirilən hərracların nəticəsində məlum olub.
Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin avqustunda bir barelə görə 75 dollardan aşağı satılıb.
Bundan əvvəl"Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,22 dollar və yaxud 1,55% azalıb.