Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib.
Səfirlikdən unikal.org-a verilən məlumaa görə, tədbirə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da qatılıblar. 
Həmçinin Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də toplantıda iştirak ediblər.
Əvvəlcə azərbaycanlı skripkaçı Səbinə Rakçayeva ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tarixə nəzər salaraq 1918-ci ilin bu günündə Azərbaycan xalqının özünün müstəqilliyini elan etdiyini və müsəlman Şərqinin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını qurduğunu bildirib. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğunu və ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyini diqqətə çatdırıb. 
Müasir Azərbaycanın iqtisadi, sosial, siyasi münasibətlrindən söhbət açan səfir, bu gün Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzə çevrildiyini qeyd edib. Ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumu dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmli olduğu diqqətə çatdırılıb. Cari ilin aprelində Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyi vurğulanıb. 
Ölkəmizin bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran diplomat, "Bakı-2015" Birinci Avropa Oyunlarını və bu ilin iyun ayında Bakıda keçiriləcək "Formula 1" yarışlarını nümunə olaraq qeyd edib.   Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdən söhbət açan T.Tağızadə, xüsusilə enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. İki ölkə arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet olduğunu bildirib. Böyük Britaniya baş nazirinin ticarət elçisinin Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirib. Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfirinin fəaliyyətində uğurlar arzu edib.  
Diplomat qeyd edib ki, artıq qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur. Hazırda Azərbaycanda qeyri-enerji və sənaye sahələrinin sürətli inkişafı diqqət mərkəzində olan məsələdir.  
Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hər sahədə sürətlə genişləndiyini diqqətə çatdıran T.Tağızadə bu əlaqələrin inkişfına dəstək verənlərin fəaliyyətinin əvəzssiz olduğunu qeyd edib.
Britaniyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət qalereyasını və professor Nərgiz paşayevanın təşəbbüsü ilə Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılmasını nümunə göstərib. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan səfir, 23 ildir ölkəmizin bu füsunkar guşəsinin işğal altınd olduğunu qeyd edib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, mədəniyyəti, təbiətinin heyrətamiz olduğunu vurğulayan T.Tağızadə, məhz bu bögəmizə xas olan atlar ilə Britaniya Kraliçası II Elizabetin 90 illik yubiley tədbirlərində nümayiş edilən möhtəşəm şou haqqında məlumat verib.  
Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem, ikitrəfli münaisbətlərimizin yüksələn xətlə inkişaf edtiyini diqqətə çatdırıb.  
Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır, Britaniya şirkətlərinin Azərbaycanda fəlaiyyət göstərməyə böyük maraqları var.  Bu ilin fevraı ayında Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclasında bütün sahələrdə əməkdaşlığımız və gəgləcək perpektivlərin geniş müzakirə olunduğu vurğulanıb. Britaniya XİN rəsmisi əlaqlərimizin sadəcə enerji deyil digər sahəlrədə də sürətlə genişləndiyinin sevindirici hal olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin təşkilatçılığında Britaniya firmaları Azərbaycan ilə yaxından əməkdaşlıq edirlər.  M.Tethem qeyd edib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilmsində maraqlıdır.  
Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkələrimizin parlamentlərarası münasibətlərindən danışıb. Bidirilib ki, Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini Avropada ilk tanıyan dövlətlərdən olub. Hele 1918-1920 -ci iller erzinde olkelerimiz arasinda siyasi-diplomatik elaqelerin movcudlugunu vurgulayib. Millet vekili qeyd edib ki, olkəmiz1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra, Britaniya ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər de yeni inkisaf mərhələsinə qədəm qoyub.  
Deputatin cixisinda  bütün sahələrdə olduğu kimi  Azerbaycan ve Boyuk Britaniyanin parlamentləri arasında da faydali ve isguzar  münasibətlərin movcud oldugu vurgulanib ve Bu munasibetlerin  bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.  
Tədbirdə Azərbaycan milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stend təşkil edilib. Stendə ölkəmizin iqtisadi sosial inkişafı və turizm imkanlarından bəhs edən kiablar da nümayiş olunub. Bundan başqa Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan sosial-iqtisadi nailiyyətlər barədə sənədli film nümayiş etdirilib.