Tanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı işindən ayrılıb. 
 
Unikal.org "BakuPost"a istinadən xəbər verir ki, o, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
 
Günay Yelmarqızı xəbəri təsdiqləyib. 
 
Qeyd edək ki, xanım jurnalist 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzetdə başlayıb. 2002-ci ildən televziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.  
 
Jurnalistika fakültəsini bitirib. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.