Şəmkirdə sürücü avtomobilin yük yerinə üç azyaşlını yerləşdirib.
Unikal.org-un xəbərinə görə, görüntüləri "Xəzər TV yayıb.
Kadrlardan aydın olur ki, "57 BH 291 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə üç azyaşlı oğlan uşağını mindirib.
Uşaqların həyatını təhlükəyə atan sürücü, bu vəziyyətdə yolda bir neçə kilometr hərəkətdə olub.
O, hətta uşaqlara hava gəlsin baqajın qapısını açıq qoyub.
Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayıblar.