Yumurtanın qabığı ən az özü qədər faydalıdır.
Unikal.org bu qabığın möcüzəvi və faydalı xüsusiyyətlərini təqdim edir:
1. Üz masqası
Yumurta qabıqlarını əzin və bir yumurta ağı ilə qarışdırın. Bu qarışığı üzünüzə sürtün və quruyana qədər gözləyin. Quruduqdan sonra ilıq su iə üzünüzü təmizləyə bilərsiniz. Bu üsul dərinizin yumuşalmasına kömək edəcək
2. Boruların tutulmasının qarşısını alır
Yumurta qabıqlarını su və başqa boruların ön hissəsinə yerləşdirin. Yerləşdirdiyiniz qabıqlar borunun tutulmasına səbəb olan qatı maddələrin süzgəcdən keçməsinə mane olacaq.
3. Qazan - çaydan təmizləmə
Yumurta qabıqlrından istifadə edərək qazan və çaydanın diblərini təmizləyə bilərsiniz.
4. Çiçəklərin torpağına qarışdırın
Yumurta qabıqları kalsium və digər minerallar baxımından zəngindir. Bu səbəbdən də çiçəklərin torpağına qarışdırdığınız yumurta qabıqları gübrə təsiri yaradacaq.
5. Paltarları ağardır
Yumurta qabıqlarını parçadan hazırlanmış bir torbaya qoyun və ağ paltarlarla birlikdə paltaryuyan maşınına atın. Bu üsulla ağ rəngli geyimləriniz daha da ağaracaq.
6. Kiçik qab
Yumurta qabıqlarından çiçəklər üçün kiçik qab hazırlaya bilərsiniz