Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Dövlət Miqrasi­ya Xidmə­tinin rəisi Vüsal Hüseynov "Samur dövlət sərhədindən bu­raxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olmuşlar.

Bu barədə Unikal.org-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və yoxlama müddət­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib.

Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxs­­lərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm im­kan­larının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşÂ­dırıl­ma­sı, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azər­­baycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşı­rıq və göstərişlərinin icra vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi apa­rılıb.

Səfər çərçivəsində "Samur dövlət sərhədindən buraxılış məntə­qəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xid­­mətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin po­zul­­ması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bil­mələri üçün yaradılmış şəraitlə tanış olunub, bunun Azərbaycan Res­­publikası vətəndaşlarının və əcnəbilərin sərhədkeçmə prosedur­ları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi ad­dım olması qeyd edilib.

Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə "Samur dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub, Azərbay­can Respublikası və Rusiya Federasiyası hökumətlərin arasında im­za­lanmış Sazişə uyğun olaraq "Samur çayı üzərində yeni körpü­nün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.