71 yaşlı Cavadov Cavad Salam oğlu 8 azyaşlı övladı və həyat yoldaşı ilə bərabər Şəmkirdən Bakıya gəlib.
Unikal.org xəbər verir ki, böyüyü 11, kiçiyi isə 1 yaşında olan uşaqlarıyla yaşamağa yeri olmadığını deyən ata Cebhe.TV-yə bildirib ki, birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra əmlak bölgüsü aparılmadığından indi küçələrdə qalıb.
Ailə böyük olduğuna görə heç kəs kirayə mənzil vermir. Aldığı 184 manat pensiya da 8 uşağı saxlamaq üçün kifayət etmir. Üstəlik hazırda təqaüd kartı nisyə aldığı ərzaqlar üçün mağazada "girovdur.