Bəzi qida istehsalçılarının vaxtı keçmiş məhsullarının üzərinə yenidən tarix vurması, istehsal tarixini bilərəkdən qabağa çəkməsi və sair bu kimi faktlar dəfələrlə aşkarlanıb.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, başları pul qazanmağa qarışan belə"istehsalçılar" bu dəfə aya yeni - 32-ci gün əlavə ediblər.

Paytaxtda istehsal olunan un məhsulunun istifadə müddəti ilə bağlı ortaya çıxan məqam böyük təəccübə səbəb olub. Gülüş doğuran məqam sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Belə ki, un məmulatının üzərində istehsal tarixi kimi "32 oktyabr 2018-ci il" yazılıb. Qeyd edək ki, qanuna görə, istehsal müddəti bitmiş və ya mənşəyi bilinməyən məhsula görə, sahibkara 1500 manat cərimə nəzərdə tutulur.