CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 1-də 74 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 3,23 dollar/barel azdır.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 1-də 72,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 1-də 69,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 1-də 71,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,82 dollar/barel azdır.