Orqanizmdə yaranan ən kiçik problem hər hansı bir əlamətlə öz sahibinə xəbərdarlıq edir. Təəssüf ki, bir çox insanlar bu əlamətlərə məhəl qoymur. Bu səbəbdən sağlamlıqda yaranan bu kiçik problemlər aradan qaldırılmamaqla ciddi xəstəliklərə gətirib çıxarır.
Unikal.org axşam.az-a istinadən orqanizminizdə baş verən əlamətlərin hansı xəstəliyə işarə etdiyi haqda məlumat verir:
1. Dodaqlarda tez-tez çatlar əmələ gəlirsə, diqqətin tez-tez
yayınması müşahidə edilirsə, saç tökülməsi artırsa bu orqanizmdə B2
vitamininin kəskin çatışmazlığına ciddi siqnaldır. Bunu aradan qaldırmaq
və pozulmuş vitamin tarazlığını bərpa etmək üçün qida rasionuna süd
məhsulları, yumurta, şaftalı, armud, pomidor və gül kələmi daxil
edilməlidir.
2. Ağızda quruluq olarsa, bu, o deməkdir ki, orqanizminizdə B3 vitamini
çatmır. Orqanizmi bu vitaminlə təmin etmək üçün mal əti, qoz yeyin.
3. Burundan tez-tez qan açılırsa, ilk növbədə qan təzyiqi
yoxlanılmalıdır. Əgər təzyiq normaldırsa, demək orqanizmin K vitamininə
ehtiyacı var. Bu vitamini təmin etmək üçün kələm, ispanaq və gicitkandan
istifadə edə bilərsiniz.
4. Bədəndə olan adi bir yaranın sağalması uzun çəkirsə, demək orqanizmdə
sink çatışmazlığı var. Bu problemi dəniz məhsulları asanlıqla aradan
qaldıra bilər.
5. Dəridə qabıq yaranırsa, A vitamini ilə zəngin məhsullar yeyin.