"LUKoyl" neft şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarov avtoxuliqanlıq etdiyinə görə, Moskvanın Qaqarin rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası ilə cəzalandırılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, polisin qanuni tələbinə riayət etməməkdə təqsirli bilinir. Onun barəsində başlanan cinayət işi isə prokuror tərəfindən rədd edilib.
Xatırladaq ki, Ruslan Şamsuarov bir neçə gün bundan əvvəl sahibi olduğu avtomobillə yol hərəkət qaydalarını pozaraq polisin əmrlərinə tabe olmayıb.
Ruslan Şamsuarovla yanaşı avtomobildəki digər sərnişin də 10 sutka həbs cəzası alıb.
Sürücü isə 15 sutka həbs cəzası ilə yanaşı, 2 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 200 saat icbari işlərə cəlb edilib.