Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa əraziyə köçürüləcək.

Unikal.org-un məlumatına görə, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının köçürülməsinə  qərar verilib. Buna səbəb yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratmasıdır.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün bu addımı atıb.

Yarmarka bundan sonra şəhərin 42-ci məhəlləsində fəaliyyətini davam etdirəcək.

Adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir.