Ötən gün noyabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri azərbaycanlı milyarder, diaspor lideri Vaqif Məmişovun şirkəti tərəfindən tikilməkdə olan ticarət mərkəzinin qarşısına onun "heykəlini qoyublar. 

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, fəallar bununla 30-cu illərə qədər qəbiristanlıq olan və müharibə dövründə blokada qurbanlarının dəfn edildiyi ərazidə ticarət mərkəzinin tikilməsinə etirazlarını bildiriblər.

Məmişovun şirkəti həmin ticarət mərkəzini "Sputnik kinoteatrının yerində inşa edir, tikinti sahəsinin bir hissəsi qəbiristanlıq ərazisinə düşür və bir neçə ildir şəhər sakinləri biznesmenin bu layihəsinə qarşı çıxırlar.

Nəhayət şəhər sakinləri Nevsk rayon administrasiyasına kollektiv məktub yazaraq heç olmasa qəbiristanlıq ərazisində xatirə abidəsinin qoyulmasını xahiş ediblər. Amma onların müraciətinə müsbət cavab verilməyib. Onlar deyirlər ki, ərazidə ticarət-əyləncə mərkəzi ilə yanaşı ən uzağı blokada qurbanlarının və müharibədə həlak olan hərbçilərin xatirəsinə "xatirə nişanı qoyulacaq. Nəticədə fəallar özləri ərazidə "heykəl qoymaq qərarına gəliblər.

"Antikorrupsiya nişanı adlı bu "heykəli blokada qurbanlarının və döyüşçülərin nəvə-nəticələri hazırlayıblar. "Heykəlin üz tərəfində "Vaqif Məmişovdan şəhərə hədiyyə sözləri yazılmış lövhə asılıb. "Heykəlin əlində isə kərpic var. Bu, tikilməkdə olan ticarət-əyləncə mərkəzinin simvoludur. Müəlliflər "heykəlin əlindən 30 gümüş pul qoyulmuş kisə asıblar. Onların fikrincə bu şəhər məmurlarının nəinki "atalarının qəbrini, eləcə də öz ruhlarını satmağa hazır olduğu rüşvətin məbləğini göstərir.