Cinsəl gücü artıran dərmanlar tez-tez xəbər mövzusu olmağa davam edir.
İngiltərədə Daniel Medford adlı 36 yaşlı bir vətəndaşın başına gələnlər ölkə gündəmini zəbt edib.
"Bank Holiday Bender" adlı partiyə dəvət alan Daniel burada bir qadınla tanış olur. Spirtli içkilər qəbul edən Danieli qadın partidən sonra evinə dəvət edir. Cinsəl gücünü artırmaq məqsədi ilə viaqra həbləri qəbul edən ingilis maraqdan "görüm nə olur" deyib, nə az, nə çox, düz 35 həb qəbul edir.
Ereksiyasının beyninə vurduğu Daniel bir az keçmiş özünü qəribə hiss etməyə başlayır. O, hiss etdiklərini sonradan həkimlərə belə anladıb:
"35-ci həbi qəbul edəndən sonra başımın fırlandığını, gözümün qarşısında hər şey yaşıl rəngə boyandı. Qasığım və aşağı ətrafım betona döndü. Huşumu itirəcəyimdən qorxub piyada evə qaçdım. Sonrası yadımda deyil", deyə Daniel bildirib.
Evə çatan Daniel huşunu itirib və həyat yoldaşı ona təcili yardım çağırıb. Daniel düz iki sutka ereksiya komasından çıxa bilməyib.(Ölkə.az)