Kapital Bank təqaüdçülər üçün endirimli nağd pul krediti təklif edir. Artıq istənilən kartla təqaüd alan şəxslər, nağd pul kreditini illik faiz dərəcəsi 20%-dən başlayan şərtlərlə əldə edə bilərlər.
Unikal.org xəbər verir ki, aksiya çərçivəsində kredit götürənlərə üstəlik BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 30 noyabr 2018-ci il tarixədək keçirilir.
Qeyd edək ki, Kapital Bank-da "Gündəlik tələbat kreditinin məbləği 300 - 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı - www.kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 9 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.