Dələduz Fizulini kimlər himayə edir?
12:56 13-09-2012
İQTİSADİYYAT
Dələduz Fizulini kimlər himayə edir?
Naxçıvanlı biznesmenin Türküyə macəraları
Redaksiyamıza daxil olan informasiyada bildirilir ki, Türkiyədə əslən azərbaycanlı olan Füzuli adlı şəxs meyvə-tərəvəz biznesi ilə məşğuldur. O, qardaş ölkənin meyvə-tərəvəz fabrikləri ilə işləyir və Türkiyədən Rusiya ilə Azərbaycana məhsul gətirilməsi ilə məşğul olur. Füzuli adlı şəxsin bu biznesdə dövr edən pullarının əhəmiyyətli hissəsinin isə Azərbaycanda bəzi məmulara(qeyd edək ki, həmin şəxslərin adı bizə artıq bəllidir və araşdırmadan sonra onların kimliklərini nəzərinizə çatdıracğıq-red.) məxsus olduğu iddia olunur.
O da bildirilir ki, sözügedən şəxsin uzun müddət işləri yaxşı gedib və əli kifayət qədər güclənib. Sonradan isə vəziyyət dəyişməyə başlayıb. Belə ki, Füzuli adlı şəxsin Türkiyədə meyvə və tərəvəz aldığı fabriklərə külli miqdarda borcu yaranıb. Bundan sonra həmin fabriklərdən ona məhsul verilməsi dayandırılıb. Nəticədə adıçəkilən iş adamı pis vəziyyətdə qalıb. Belə ki, ona meyvə-tərəvəz sifariş edən və bunun üçün əvvəlcədən pul ödəyən sahibkarlara məhsulun çatdırılması mümkünsüzləşib.
Həmin sahibkarlar bir müddət gözlədikdən sonra iş adamının nə onlara çatdırılmalı olan məhsulu yetişdirmədiyini, nə də öncədən aldığı pulları ödəmədiyini görüb Füzulinin axtarışına çıxıblar. Amma həmin şəxsi tapmaq onlara hələ də müyəssər olmayıb. Belə ki, çətin situasiya ilə üzləşən adıçəkilən biznesmen ortalarda yoxdur. Onun həm fabriklərə, həm də Rusiya və Azərbaycandakı sahibkarlara külli miqdarda yaranan borcu səbəbindən gizləndiyi iddia edilir.
Füzulinin sözügedən biznesə məhz hazırda Bakıda fəaliyyət gösərərn bir neçə məmurun kapitalı əsasında başlaması isə hazırda həmin məmurların adının da yaranmış qalmaqala bulaşmasına səbəb olub. Apardığımız araşdırma zamanı aydın olub ki, Füzuli adlı şəxs məhz o məmurlara arxalanaraq Bakıda bir neçə iş adamından milyonlarla manat pul ataraq öləkəyə qayıtmır. Həmin iş adamaları dəfələrlə Füzuli adlı şəxsə müraciət etsələrdə o Bakıda bir neçə məmurun adını çəkərək bildirib ki, onun arxasında məlum ağsaqqallar durur və atılan pulların bir hissəsi onlara verilb. Bu səbəbdən də iş adamlarını təhqir edərək hətta hədə qorxuda gəlib. Məsələni aydınlaşdırmaq üçün Füzuli adlı şəxlə telefon əlaqəsi saxladıq və o bildirdi ki, iş adamalarından aldığı pulları biznesdə itirib və bu səbəbdən geri qaytarmaq niyyətində deyil. Açıqlama zamanı bəzi məmulıarın da onunla əl bir olduğunu bildirən şəxs bildirdi ki, həmin məmurlar onun ağsaqqalarıdır və kim nə istəyir yazsın onun üçün önəmi yoxdur. Yaxın günlərəd həmin məmurlarla Füzuli adlı şəxsin əlaqələrini və ümumilikdə iş adamalrından nə qədər pul oğurladıqlarını nəzərinizə çatdıracağıq.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00