"British Council (BC) Azərbaycanın direktoru, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Summer Xia Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər edib. Səfərdə "BC Azərbaycanın nümayəndələri - Təhsil və ingilisi dili üzrə şöbə müdiri Nərgiz Hüseynova, imtahan mərkəzinin müdir müavini Nərgiz Əkbərova da iştirak edib.

Unikal.org xəbər verir ki, səfər zamanı Summer Xia AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb. Qonaq ilk növbədə AzMİU-nun "BC tərəfindən təşkil olunan Creative Spark layihəsini iki partnyor - həm London South Bank Universiteti, həm də Lester Universiteti ilə qazanması münasibəti ilə təbrik edərək bunun çox böyük uğur olduğunu vurğulayıb. Cənab Summer görüş zamanı AzMİU rəhbərliyini 2019-cu il mayında Berlində keçiriləcək "Going Global 2019 konfransına dəvət edib.

Görüş zamanı bir sıra aktual məsələlər müzakirə olunub, müəllim və tələbələr üçün ingilis dili treyninqlərinin təşkil olunması, AzMİU-da "British Council ingilis dili klubunun yaradılması, ingilis dili tədris edən müəllimlərin ingilis dili biliklərinin səviyyəsinin yoxlanılması planlaşdırılıb.

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova da öz növbəsində iki tərəf arasında olan bu əməkdaşlığı yüksək qiymətləndirdiyini və gələcək layihələrdə öz dəstəyini əsirgəməyəcəyini vurğulayıb, göstərilən diqqətə görə BS Azərbaycanın rəhbərinə təşəkkürünü bildirib.

Görüşdə Strateji inkişaf üzrə prorektor Ülkər Səttərova da iştirak edib.