Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində sahibsiz itlər insanları üçün real təhlükəyə çevrilib.

Sakinlər Unikal.org-a bildirilər ki, sözügedən ərazidən gecə saatlarında tək keçmək çox qorxuludur. Sakinlər küçə itlərinin hücum edə biləcəyindən ehtiyyat edib hər dəfə yollarını bir qədər uzatmaq məcburiyyətində qalırlar. Burada uşaqlar dərsə və ya baxçaya gedib-gələrkən itlərin hücumuna məruz qalıb, ciddi xəsarət ala bilərlər.

Aidiyyatı qurumlar isə bu mənzərəyə laqeyd yanaşaraq heç bir tədbir görmürlər.