Azərbaycanda pul bazası bu il oktyabrın 1-nə 9 153,3 mln. manat təşkil edib.

Unikal.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 281,8 mln. manat və yaxud 3,18% çoxdur.

İlin əvvəlinə nisbətən pul bazası 610,1 mln. manat və yaxud 7,14%, son 1 ildə isə 621,7 mln. manat və yaxud 7,29% artıb.