"Noyabr ayının 15-də Yasamalda "İrşad Electronicsin ən böyük mağazasının açılışı baş tutacaqdır.

Bunu Unikal.org-a "İrşad Electronics şirkətinin Marketinq şöbəsinin rəhbəri Elnur Kərimov bildirib.

"Bu mağazamızda məişət çeşidinə geniş yer verəcəyik. Çoxları "İrşad Electronicsi telefon satan mağazalar kimi tanıyır. Biz şəbəkəmizin məişət texnikalarının geniş çeşidinin satıldığı mağazalar kimi də tanınmasına çalışırıq. 2 mərtəbəli, 700 kvadrat metr sahəyə malik mağaza "İrşad Electronicsin ən böyük mağazası olacaqdır.

"İrşad Electronicsin Bakıdakı ən böyük mağazası Şərifzadə küçəsi 609 ünvanında fəaliyyətə başlayacaqdır.

SUMQAYITDA DA BÖYÜK MAÄžAZA AÇILACAQ

Elnur Kərimov əlavə etdi ki, Dekabr ayında da Sumqayıtda 1000 kvadrat metr sahəyə malik böyük mağazanın açılması planlaşdırılır: "2019-cu ildə əlavə mağazaların açılması planlaşdırılır.

Hazırda "İrşad Electronicsin hazırda 31 mağazası fəaliyyət göstərir.