Hər zaman Azərbaycan xalqının zəngin keçmişi, adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən "Nar, Göyçayda keçirilmiş ənənəvi Nar festivalında aktiv iştirak edib.
Unikal.org xəbər verir ki, mobil operator tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub. Müxtəlif maraqlı müsabiqələr və əyləncəli oyunlarla müşayiət olunan tədbir zamanı qurulmuş "Nar çadırı ikiqat bayram əhval-ruhiyyəsi yaradıb. Nar bayramında iştirak edənlər "Nar çadırına gələrək, mobil operator tərəfindən keçirilən tədbiri maraqla izləyib. "Nar çadırında iştirakçılar üçün xüsusi müsabiqə təşkil edilib və qalib gələnlərə müasir telefonlar hədiyyə edilib. Abunəçilərə mobil operatorun ölkənin regionlarına göstərdiyi diqqəti, xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan və dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən "Yerlim tarifi haqqında ətraflı məlumat verilib. Bundan başqa, "Nar əməkdaşları tədbir iştirakçılarına mobil operatorun fəaliyyət istiqamətləri, şəbəkənin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, 2018-ci il ərzində ölkə ərazisində qurulan yeni baza stansiyaları və digər işlər barədə geniş məlumat veriblər. Tədbir iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Həmçinin, "Nar öz abunəçiləri üçün Nar bayramı ilə əlaqədar Göyçaya tur təşkil edib. Beləki, mobil operatorun oktyabrın 30-da sosial mediada abunəçiləri arasında keçirdiyi müsabiqədə qalib gələn 20 nəfər, "Nar əməkdaşları ilə birgə Göyçaya səfər edib və "Nar çadırında təşkil edilən tədbirlərdə aktiv iştirak ediblər.
Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir.
"Nar kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
"Azerfon şirkəti ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.