ABŞ-ın Sinsinati şəhərində zooparkda meymunun qəfəsinə girən uşaq ağır xəsarət alıb. Lent.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, 4 yaşlı oğlan uşağı ehtiyatsızlıqdan 3,5 metr hündürlüklü meymun qəfəsinə daxil olub. Dərhal qəfəsdəki 3 qorilladan ikisi oradan kənarlaşdırılıb. Lakin onlardan ən böyükünü bayıra çıxarmaq mümkün olmayıb və meymun uşağı sürüməyə başlayıb.
 
Azyaşlının həyatı üçün ciddi təhlükənin yarandığını görən zoopark əməkdaşları 10 dəqiqəlik gözləmədən sonra heyvanı güllələyərək öldürüb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Onun ağır xəsarət aldığı bildirilir.

Qeyd edək ki, öldürülən "Harambe" adlı dişi meymunun 17 yaşı olub. Onun çəkisinin 180 kiloqramdan ağır olduğu bildirilir.