Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Konyadan seçilmiş millət vəkili Əhməd Davudoğlu baş nazir vəzifəsindən istefa verdikdən sonra ilk dəfə parlamentin iclasına qatılıb.
Hökumətə rəhbərliyi Binəli Yıldırıma təhvil verdikdən sonra Davudoğlu bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasına qatılıb və 65-ci kabinetə etimad səsverməsində iştirak edib.
Maraqlıdır ki, Ə.Davudoğlu deputat kimi parlamentin iclas zalının arxa sıralarında əyləşib.(Lent.az )