Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə yeni rəis təyin edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə polkovnik-leytenant Fuad Əlizadə Rəhim oğlu Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Xəbəri Unikal.org-a komitədən təsdiqləyiblər.
Xatırladaq ki, Fuad Əlizadə buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışıb. Bu ilin avqust ayında nazir Sahil Babayevin müvafiq əmri ilə vəzifəsindən azad olunub.
Orxan Həsənli