Orqanizmi lazımsız və zərərli maddələrdən, toksinlərdən təmizləmək üçün ilin müəyyən dövrlərində detoks etmək lazımdır.

Buna fürsət tapmayanlar isə detoks effektli qidalardan yararlana bilərlər. Milli.Az publika.az-a istinadən bildirir ki, detoks effekti yağları da əridir. Buna görə də sadəcə sağlamlığının qayğısına qalanlar deyil, arıqlamaq istəyənlər aşağıdakı qidalardan istifadə etməlidirlər:

Qırmızı bibər
 
Portağaldan 3 dəfə çox C vitamini ehtiva edir. Bu vitamin toksinləri həzm edilə bilən materiallara çevirir. Beləliklə, toksinlər bədəndən xaric edilir.
 
Sitrus meyvələri
 
Sitrus meyvələri də yüksək miqdarda C vitamini ehtiva etdikləri üçün detoks təsiri göstərirlər.
 
Günəbaxan
 
Tərkibindəki selen və E vitamini sayəsində  qaraciyərin təmizlənməsini təmin edir.
 
Su tərəsi
 
Qaraciyəri təmizləyir. Təbii sidikqovucudur.
 
Sarıkök
 
Sarıkökdən də qaraciyəri toksinlərdən təmizləmək üçün istifadə edilir.