Həcc ziyarətinin ilginc məqamları
12:58 13-09-2012
İQTİSADİYYAT
Həcc ziyarətinin ilginc məqamları
Ötən il olduğu kimi bu il də 2600 azərbaycanlı zəvvara müqəddəs Məkkəni ziyarət etmək nəsib olacaq, amma...
İstənilən müsəlman üçün Həcc ziyarətinə yola düşmək böyük xoşbəxtlikdir. Biz bu sözləri yazanda Həcc ziyarətinin imkanı olan hər bir müsəlman üçün vacibliyini nəzərdə tutmuruq.
Bu sətirlərin müəllifi Həc ziyarətində olmuş çoxlu insanlarla söhbət edib. Və bu söhbətlər zamanı bizi ancaq bircə məqam maraqlandırıb: Həcərul-Əsvədi təvaf edərkən hansı hissləri keçirirdiniz? Söhbətləşdiyim hacıların. Demək olar ki, hamısı bildirib ki, "Özümüzdən asılı olmadan ağlayırdıq. Amma niyə ağlayırdıq, bunun səbəbini anlaya bilmirdik".
Nə isə...
Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı hökuməti tərəfindən Azərbaycan üçün ayrılmış kvota artıq dolub və zəvvarlar, təxminən, 1 aydan sonra müqəddəs torpaqlara yollanacaqlar. Bu il azərbaycanlı zəvvarlar Həcc ziyarətinə oktyabrın 14-dən başlayaraq yola düşəcəklər. Hər gün 2 reys olmaq şərtilə oktyabrın 20-nə qədər zəvvarları n hamısı Səudiyyə Ərəbistanına aparılacaq. Artıq zəvvarların viza məsələləri həll olunur. Ötən il olduğu kimi bu il də 2600 zəvvara müqəddəs Məkkəni ziyarət etmək nəsib olacaq. Ziyarətə sərf olunan xərclər isə 2 kateqoriyaya bölünür və minimum 3090 manatdan başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev bildirmişdir ki, birinci kateqoriya 3850 manatdır. Bunlar 4 nəfər olmaqla müəyyən xidmət üstünlüklərinə malikdir. O biri kateqoriya isə 3090 manatdır, 5-6 nəfər bir yerdə qalmaq şərtilə.
Hər iki kateqoriyanın məbləğlərinə isə yemək və digər marşrut xidmətləri də daxildir. Amma ziyarətə ötən ildən etibarən yalnız təyyarə ilə gedildiyindən daha bir qayda əlavə olunub.
QMİ-nin sədr müavini Salman Musayev onu da qeyd etmişdir ki, təyyarə şirkəti ilə bağladıqları xidmətə görə ən çox 30 kiloqramdan çox yük götürmək olmaz. Zəvvarların müqəddəs Həcc ziyarəti isə 20 gün davam edəcək. Hacı adını qazanan zəvvarlarımızın vətənə dönüşünə isə noyabrın 2-dən başlanacaq. Bu il ziyarətə gedə bilməyənlər isə növbəti il hacı adını qazanmaq imkanları var. Belə ki, bu şəxslər növbəti il Həccə gedənlərin siyahısında birincilərdən olacaqlar.
Bunula belə bu ilki gələcək hacılarımızı ilginc məqamlar və "yeniliklər" gözləyir...
Turizm şirkətlərindən birində çalışan və adının çəkilməsini istəməyən mənbəmizin sözlərinə görə, "Bu il Həcc ziyarətinə getmək istəyənlər üçün qəribə gələcək ən maraqlı yeniliklərdən başlıcası qiymətlərin daha da yüksəlməsidir. Başqa sözlə, Həcc ziyarətinin qiymətləri azalmaqdansa daha da artıb. Bu artım da onunla bağlıdır ki, gələcək hacılar bu ildən etibarən Həcc ziyarətinə yalnız təyyarələrlə aparılacaq, avtobuslarla gediş yasaqlanıb. Bu qəribə yenilik isə Qafqaz Müsəlmanları İdarəsinin göstərişi ilə həyata keçirilir. Səbəb isə guya zəvvarların Həccə daha rahat gedib-gəlmələri üçündür. Nəticədə zəvvarlar Türkiyə, Suriya və Səudiyyə Ərəbistanındakı çoxsaylı müqəddəs ocaqları ziyarət etməkdən məhrum olacaqlar. Hansı ki avtobuslarla Həcc ziyarətinə gedənlər adını çəkdiyim ölkələrdə yüzə yaxın müqəddəs ocağı ziyarət etmək imkanına malik olurdular. Və məsələ burasındadır ki, avtobuslarla gediş ancaq Azərbaycanda qadağan edilib".
Mənbənin dediyinə görə, "Bu ilki Həcc ziyarətində baş verəcək "yeniliklər"dən biri də ziyarət müddətinin azaldılmasıdır. Belə ki, adətən, Həcc ziyarəti qırx gün çəkirdi. Hacılar bu dəfə təyyarələrlə yola salınacağından bu müddət 14-15 günə enib".
Mənbə bildirir ki, digər müsəlman ölkələrində Həcc ziyarətini turizm şirkətləri təşkil edir. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, bu ziyarətin təşkilini Qafqaz Müsəlmanları İdarəsi öz monopoliyasına götürüb. İranda, Türkiyədə belə bir praktika yoxdur. Bu ancaq Azərbaycanda mümkün ola bilər. Zəvvarların qalması üçün mehmanxanaların təşkili, yemək probleminin həll edilməsi tarixən turizm şirkətlərinin işi olub. QMİ özünə aid dini işlərlə məşğul olmur və artıq kommersiya strukturuna çevrilib. Dini idarə hara, nəqliyyat işi hara? Dini idarə hara, yeməkxana hara? Dini idarə hara, mehmanxana probleminin həlli hara? Dini idarə hara, vizalar təşkil etmək hara? Dini idarə dini məsələlərlə məşğul olmalıdır. Azərbaycanda isə dini idarə turizm işlərini qurmaqla məşğuldur. Ən qəribəsi də budur ki, bu idarə Həcc ziyarəti üçün istədiyi qiyməti təyin edir, heç kim də onun işlərinə qarışa bilmir. Bu gün QMİ desə ki, Həcc ziyarətinin qiyməti iyirmi min ABŞ dollarıdır, kimin cürəti çata bilər desin ki, olmaz? Deyəcəklər ki, qiymət budur, kefin istəmirsə, Həcc ziyarətinə getmə!"
Adil
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55