"Şəhid polis vərəsələrinin birdəfəlik ödəniş almaması qanunvericiliyə uyğun olaraq tənzimlənir.
Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov jurnalistlərə açıqlamasında bildirib.
Şöbə müdirinin sözlərinə görə, fərman yalnız hərbi qulluqçulara şamil olunub:
"Qanunvericiliyə uyğun olaraq həqiqi hərbi xidmətdə (toplanışda olan şəxslər) hərbi qulluqçu hesab olunur və fərmanla yalnız hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Polislərdən yalnız Daxili Qoşunlarda xidmət edənlər hərbi qulluqçu hesab edilir. Onların adları da siyahıya daxil edilib.