"Real Madrid"in "Atletico Madrid"i məğlub edərək 11-ci dəfə Çempionlar Ligasının kubokunu qazandığı oyunda son penaltini qola çevirərək "Kral Klubun"a kuboku qazandıran Kristiano Ronaldo maçtdan sonra jurnalistlərə açıqlamalar verib. 
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, keçən həftə "Madrid derbisi" ilə bağlı yuxu gördüğünü söyləyən Ronaldo "Yuxumda gördüm ki axırıncı qolu vururam kuboku qazanırıq. Buna görə də Zidana dedim ki beşinci qolu özüm vurum. Qolu vurdum və budur zəfər bizim oldu"- deyə bildirib.