Havaların soyuması ilə yanaşı qrip xəstəliyi sürətlə yayılmağa başlayıb. Soyuq keçən havalar insanın immun sistemini zəiflədir. Bu qarışımla qripdən bir gündə qurtulmaq mümkündür.

Unikal.org həmin qarışımın reseptini təqdim edir:

1 ədəd portağal

1 ədəd limon

1 zəncəfil

1 çubuq darçın

1 alma

1 litr su

Nanə

Hazırlanma qaydası:

Bir litr suyun içərisinə qeyd edilən inqrediyentlər əlavə edilib qarışdırılaraq qaynadılır. Daha sonra soyuması üçün kənara qoyulur. Bu içkidən yemək araları istifadə edə bilərsiniz.