Birləşmiş Millətlər Təşkilatı Aralıq dənizində çərşənbə günündən bu yana ən azı 700 miqrantın öldüyünü bildirərək bu hadisədən dərin narahatçılıq keçirdiklərini açıqlayıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, qrumun Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Villiam Spindler Liviya sahillərində baş verrən hadisəni şərh edərkən orada həlak olan insanların heç bir günahının olmadığını söyləyib: "Çərşənbə günü Aralıq dənizində batan gəmidə ən azı 150, cümə axşamı günü isə 550 miqrant həyatını itirib. Orada ölən insanların heç bir günahı yoxdur. Hadisələr bu templə davam edərsə və miqrantlara olan mənfi münasibət dəyişməsə tarixin ən böyük faciəsinin şahidi olacağıq.  
Qeyd edək ki, ötən həftə Aralıq dənizində miqrantları daşıyan gəminin batması nəticəsində 700 miqrant itkin düşüb, onlardan 105 nəfərin cəsədi tapılıb.