"Yapı Kredi" Bankın sistemi çökdü.
Unikal.org-un məlumatına gorə, yaranan problem üzündən bütün bank əməliyyatları dayandırılıb. Kassadan müştərilərə bildirilib ki Türkiyədəki baş ofislə əlaqə saxlanılıb.
Yaranan problemin aradan qaldırılmasının uzun vaxt alacağı və nə vaxta düzələcəyinin dəqiq bilinmədiyi qeyd olunub.
Bu səbəbdən digər şəxslərin banka daxil olmasına icazə verilmir.