Binəli Yıldırım baş nazir postuna seçiləndən sonra ilk dəfə İstanbula səfər edib.
Unikal.org xəbər verir ki, B. Yıldırım xanımı Semiha Yıldırımla birlikdə Adnan Menderes, Fatih Rüştü Zorlu, Hasan Polatkan, Turqut Özal və Necmettin Erbakanın məzarını ziyarət edib.
Xatırladaq ki, Əhməd Davudoğlu da baş nazir təyin olunduqdan sonra İstanbula gəlişində ilk olaraq həmin şəxslərin məzarlarına baş çəkmişdi.