Yəmənin Bəyhan şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər ("Ənsər Allah" hərəkatı) arasında toqquşmalar baş verib.
Unikal.org Reuters agentliynə istinadən xəbər verir ki, toqquşmalarda 15-dək hərbçi və bir neçə "Ənsər Allah" silahlısı həlak olub.
Aprelin 10-da tərəflər arasında atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə baxmayaraq, Yəmənin müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir.
Qeyd edək ki, Yəməndə üsyançı husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.