Son həftə ərzində Aralıq dənizində 700 miqrant batıb.

Unikal.org APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Qaçqınların işi üzrə Agentliyi xəbər verib.
 
Mayın 25-də miqrantlarla dolu gəminin batması nəticəsində 100, bir gün sonra baş verən qəzada isə daha 550 nəfərin itkin düşdüyü bildirilir.
 
27-də baş verən qəzadan sonra 45 nəfərin meyiti sudan çıxarılıb, 135 nəfəri xilas etmək mümkün olub. Onlar İtaliyanın Taranto və Potsalo limanlarına gətiriliblər.