Ötən gün günorta saatlarından etibarən paytaxtın üzərini duman qatı bürüyüb.
Unikal.org Ans TV-yə istinadən məlumatına görə, may ayı üçün xarakterik olmayan belə hava şəraiti nəfəs borusu və allergik xəstəliklərdən əziyyət çəkənlər üçün təhlükəlidir. "Belə hava nə qədər davam edəcək?" sualını hidrometroloqlar cavablandırıb.
Onların fikrincə, axşam saatlarından cənub-şərq küləklərinin şimal küləkləri ilə əvəzlənməsi ilə əlaqədar olaraq mayın sonuna qədər davam edəcək bu cür hava şəraiti ayın 31-də sona çatacaq.
"Bunun əsas səbəbi Ərəbistan yarmadasında əsasən Küveyt olmaqla səhralarda baş vermiş burulğanlı küləkdir. Güclü küləklər nəticəsində yuxarı təbəqəyə qalxmış tozdur ki, həmin bu tozlar atmosfer axınları, əsasən də cənub-şərq küləkləri ilə bizim ölkəmizə hakim kəsilib", - deyə hidrometeorologiya mərkəzindən bildirilib.