Rusiyanın paytaxtı Moskvada biznesmen sevgilisi ilə birlikdə "Range Rover" avtomobilində polislərə əməlli-başlı problem yaradıb.
Yol polisi "333" nömrəli qara rəngli avtomobili saxlayaraq sürücüdən sənədləri tələb edib. Sürücü isə qəflətən avtomobili hərəkət etdirərək polislərdən qaçıb. Hadisə Dmitrovski şossesində baş verib. Yol polisi "Range Rover"i bir neçə kilometr qovublar. Maşının saxlanımlmasına nail olmaq üçün polis tapançadan 4 dəfə atəş açıb. Güllələrdən biri maşının qapısına dəyib.
Sonda məlum olub ki, avtomobili 28 yaşlı biznesmen Georgi Zuraşvili idarə edirmiş. Onun yanında isə 25 yaşlı Palina K. əyləşib. Yoxlama zamanı maşından təhlükəli hər hansı əşya çıxmayıb. Gənclər polisdən qaçmalarını "əylənmək" istəmələri izah ediblər. (BAKU.WS)