Dünya miqyasında 1.65 milyarddan çox aylıq aktiv istifadəçisi olan "Facebook"da daha diqqətli olmanız lazımdır. Belə ki, sosial şəbəkə sizin təhlükəsizliyinizi qoruduğunu söyləsə də etdiyiniz bəzi paylaşımlar şəxsi məlumatlarınızın oğurlanmasına səbəb ola bilər.
"Facebook" hesabınızı istifadə edərkən diqqət yetirməniz lazım olan bəzi əhəmiyyətli məqamları diqqətinizə çatdırırıq:
1. Doğum tarixinizi gizlədin
Doğum tarixiniz bank hesablarınıza gedən yolda ən əhəmiyyətli məqamlardan birini təşkil edir. Belə ki, doğum tarixinizi bilən kiber cinayətkarlar asanlıqla bank hesablarınızı ələ keçirə bilər.
2. Telefon nömrənizi yazmayın
"Facebook"da telefon nömrəniz hər kəsə açıqdırsa, gizli pərəstişkarlarınızın və ya düşmənlərinizin mobil hücumlarına hazır olmalısınız.
3. Dostlarınızın çoxluğu təhlükəlidir
Oksford universitetinin psixologiya kafedrasının professoru Robin Dunbar maraqlı araşdırma aparıb. O, sosial şəbəkədə bir insanın 150-dən çox adamla dostluq qura bilmədiyini iddia edib. 3 min 375 "Facebook" istifadəçisi üzərində araşdırma edən Dunbar, bu şəxslərin yoldaşlarının yalnız 4.1 faizini etibarlı hesab etdiklərini üzə çıxarıb. Odur ki, hamını dostluğunuza qəbul etməyin.
4. Ailənizdəki uşaqların fotolarını paylaşmayın
Nəzərə alın ki, pedofil manyakların çoxu qurbanlarını internet üzərindən seçir. Bu halda uşağınızın getdiyi məktəbin adını və ünvanını bilməsi yetərlidir.
5 Yer bildiriş xidmətindən istifadə etməyin
2015-ci ilin məlumatlarına görə, 500 milyondan çox istifadəçi telefondan "Facebook"a qoşulur. Sizə zərər vermək istəyəcək şəxslərin harada olduğunuzu bilməsini istəmirsinizsə, telefon ayarlarınızdan yer bildiriş xidmətini bağlayın.
6. Yerinizi etiketləməyin
"Facebook" istifadəçiləri fərqində olmadan paylaşımlarına yaşadıqları yeri də əlavə edirlər. Bu o deməkdir ki, evdə etdiyiniz paylaşımlar sayəsində açıq ünvanınızı da hər kəslə paylaşmış olursunuz.
7. Pasport, viza, şəxsiyyət vəsiqəsi, kredit kartı detallarınə diqqət edin
Paylaşdığınız fotolarda bunların olmamasına diqqət edin. Qismən görünən məlumatlar belə hakerlərin işinə yaraya bilər.