Mərkəzi Bank 1 322 ədəd (30 478 manat) saxta pul nişanınıntədavüldən çıxararaq müvafiq araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına təqdim edib.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatında məlumat verilib.
"Hesabat dövrünün sonuna tədavüldə olan hər 163 000 ədəd kağız pul nişanına bir ədəd saxta pul nişanı düşüb ki, bu da digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozona üzrə dövriyyədə olan hər 30 000 ədəd kağız pul nişanına birədəd saxta).
Hesabata görə, Mərkəzi Bankda nağd pul idarəetməsi yeni keyfiyyət mərhələsinə çatdırılıb, bütövlükdə bank sistemini əhatə edən və Mərkəzi Bankın digər informasiya sistemlərinə inteqrasiya olunan "Nağd pulun İdarəetmə Sistemi (CMS) tam funksionallığı ilə fəaliyyət göstərir:
"Bu sistem vasitəsilə hazırda regionlar da əhatə olunmaqla, Mərkəzi Bankla kommersiya bankları və Poçt rabitəsinin milli operatoru arasında nağd pulla bağlı bütün əməliyyatlar real vaxt rejimində avtomatlaşdırılmış qaydada həyata keçirilir.
İl ərzində Regional Mərkəzi Bankçılığın inkişafı diqqət mərkəzində olub. Belə ki, Regional Mərkəzlərdə əhalinin, eləcə də, kredit təşkilatlarının nağd pula olan tələbatı tam həcmdə və vaxtında ödənilib.