Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 378,122 mln. manat məbləğində vergi və rüsumlar daxil olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,2% çoxdur.
DGK-dan Unikal.org-a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği ötən ilin oktyabr ayı ilə müqayisədə 38% artaraq 93,252 mln. manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 90,8% artaraq 263,686 mln. manata, aksizlər 1,9 dəfə artaraq 16,539 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 58% artaraq 4,645 mln. manata təşkil edib.