Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalını, Hələb şəhərini "Fırtına" haubitsalarından və raketlərdən atəşə tutması nəticəsində İŞİD terror qruplaşmasının 28 silahlısı məhv edilib.
Unikal.org publika.az-a istinadən bildirir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, atəş nəticəsində terrorçuların 58 mövqeyi məhv edilib.