Şimali Koreya Feysbuk sosial şəbəkəsinin analoqunu yaradır.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkə yalnız Şimali Koreyada fəaliyyət göstərəcək.
Milli sosial şəbəkə Feysbuk kimi ağ-mavi fonda olacaq. Bundan başqa axtarış və digər bölmələr də oxşardır.
Sayt hazırda test rejimində işləyir. Şimali Koreyanın saytları Çin domenləri üzərində olsa da, sosial şəbəkə daxili domenlə fəaliyyət göstərəcək.