Yeni doğulan körpələrini zibilliyə atan ana və ataya 25 il həbs veriləcək
 
Türkiyənin Bursa şəhərində, gizli cinsi əlaqə nəticəsində Çiğdem Ş.-dən dünyaya gələn körpənin zibilliyə atılaraq ölümünə səbəb olan ana Seda D. haqqında aparılan istintaq işləri yekunlaşıb. 
 
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan tibbi müayinə zamanı uşaq doğularkən sağ olduğu müəyyən edilib. 
 
Belə ki, Çiğdem Ş.-dən hamilə qalan Seda D. bu barədə valideyinlərinin xəbəri olmasın deyə, doğum zamanı xəstəxanaya getməyib. O, tualetdə 8 aylıq oğlan körpə dünyaya gətirib. Bundan sonra qanaxmaya düşən qadın xəstəxanaya getmək məcburiyyətində qalıb.  Həkimlər gənc qızın övlad dünyaya gətirdiyini bilib polisə müraciət ediblər. 

İstintaq aparan polis Sedat D-yi nəzarətə götürüb. Aparılan araşdırmalar və qadının ifadələri nəticəsində məlum olub ki, Sedat D körpəni dünyaya gətirdikdən sonra onu zibil konteynerine atıb. O ifadəsində belə deyib: "Uşaq dünyaya ölü gəldiyi üçün bu səbəbdən onu paketə qoyub evin dam qatına qaldırdım. Hava qaraldıqdan sonra Veysel Karani məhəlləsindəki zibil yeşiyinə atdım".
 
Polis körpənin "atasından" da ifadə alıb. Çiğdem Ş. isə deyib ki, Sedatlə birlikdə yaşayırdım. Kök olduğundan, hamilə qaldığını bilmirdim. O tualetə daxil oldu və körpəni dünyaya gətirdi. Bundan şoka düşdüm. Körpəni görəndə qol və ayaqları hərəkət edirdi. Sədatın mətbəxdən götürdüyü çörək bıçaqı ilə körpənin göbək bağını kəsdik. Körpənin bu sırada nəfəs almadığını gördüm. Bunun üzərinə Sedat cəsədi çuvala qoyduq. Qanama davam etdiyi üçün xəstəxanaya gətirdim. O da körpəni zibil konteynerina atdıq".
Məhkəmə qarşısında çıxarılan Sedat D. və  Çiğdem Ş. haqqında prokurorluq 25 il həbs cəzası istəyib.