Müdafiə Naziri Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib.
 
Unikal.org- un Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə,general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən "Efes-2016" beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 30-da İzmir şəhərinə yola düşüb.

Məlumat üçün bildiririk ki, 9 ölkənin qatıldığı "Efes-2016" beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.