Pakistan İslam İdeologiyası Şurası kişilərə xanımlarını döymək icazəsi verilməsini təklif edib.
Şura hesab edir ki, əgər qadın ərinin tapşırıqlarına əməl etmir, onun arzuladığı kimi geyinmir və dinin yol verdiyi şəkildə seksdən imtina edirsə, kişi qadınını yüngülcə döyə bilər.
Ərlərin arvadlarını döymə səbəbləri arasına başqalarının eşidəcəyi şəkildə yüksəkdən danışmaq, hicab geyinməmək, naməlum adamlarla ünsiyyət və ərin icazəsi olmadan nəzir vermək də daxil edilib.
Həmçinin, şuranın təqdim etdiyi qanun layihəsinə bir ibtidai təhsildən sonra qadınlarla kişilərin bir arada oxumasının qadağan edilməsi, reklam filmlərində çəkilmək, xarici nümayəndə heyətlərini qəbul etmək, qadın tibb bacılarına kişi xəstələrə qulluq göstərmək və s. kimi maddələr də daxil edilib.

Bu xəbərin ölkədə yaratdığı əks-sədaya cavab olaraq Şura sədri Məhəmməd Xan Şərani bildirib ki, yüngül döymək ifadəsini zorakılıqla qarışdırmaq olmaz. Ziyalı adamlar zorakılıqdan uzaq durmalıdırlar. Əgər həyat yoldaşınızın xətalarını düzəltməsini istəyirsinizsə əvvəlcə ona öyüd-nəsihət edin. Əgər qadın mövqeyini dəyişməzsə, daha sərt tədbirə əl atın",- deyə Şərani bildirib. Şərani qadını şərf, papaq və türban kimi yüngül əşyalarla vurmağı tövsiyə edib.

Pakistan İslam İdeologiyası Şurası parlamentə şəriət qanunlarının icrasına dair tövsiyələr verən qanunverici orqandır. Parlament bu qanunların hamısını təsdiq etmək məcburiyyətində deyil.(olke.az)