Mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində bdbəxt hadisə baş verib.
Unikal.org DİN-nin saytına istinadən xəbər verir ki, rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsib və həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə düşüb.

R.İsmayılov hadisə yerində ölüb.

K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.