Rusiyanın Tula şəhəri yaxınlığındakı Plexanovo qəsəbəsində yerləşən qaraçı məhəlləsinin söküntüsünə başlanılıb.
Unikal.org lent.az-a istinadən məlumatına görə, neçə aydır ki, medianını diqqətində olan söküntü işlərinə bir neçə saat əvvəl başlanılıb.
 
Qaraçılara aid saysız-hesabsız evlərin, kafe və mağazaların yerləşdiyi məhəlləyə onlarla buldozer və 400-ə yaxın polis və əsgər yeridilib. Qaraçılar bununla bağlı öz etirazlarını bildiriblər. Bəzi yaşlı qaraçı anaları polisə yalvararaq evlərinin sökülməməsini istəyirlər. 
 
Xatırladaq ki, adıgedən məhəllə təkcə Rusiyada yox, keçmiş SSRİ-də qaraçıların məskunlaşdığı ən böyük məkan sayılırdı.