Gənc müğənninin evinin necə və kimlər tərəfindən qarət olunması məlum olub. Müğənni Həmid Sultanın evini yaranlar bir vaxtlar onun kirayəşinləri olmuş gənc sevgililərdir.
Unikal.org xəbər verir ki, müğənni Criminal.az saytına açıqlamasında bildirib ki, evdə olmadığı vaxt evi qarət olunub. Evində kirayədə yaşamış oğlanla qız yük maşını gətirərərk evin birinci mərtəbəsindəki əşyaları oğurlayıb. Sonradan ikinci dəfə qayıdıb yuxarı mərtəbənin əşyaları aparmaq istəkləri isə alınmayıb.
H.Sultan deyir ki, cinayəti 3 nəfər törədib. Onlar oğurladıqları əşyaları metronun 20 Yanvar stansiyası ərazisində satmağa cəhd ediblər.
Bundan başqa, cinayət anı evdə quraşdırılmış təhlükəsizlik kameralarına düşüb.
Qeyd edək ki,bir neçə gün əvvəl gənc müğənninin evi qarət olunub.Müğənni və teleaparıcı Həmid Sultanın evinə oğrular girib. Bu barədə onun özü facebook profilində məlumat verib: Bu gün evə qayıdarkən şok hadisə ilə üzləşdim. Evdə olmamağımdan istifadə edən iki nəfər şəxs evimə basqın edib. Mənə məxsus bütün dəyərli əşyalarımı oğurlayıblar. Abşeron Polis Şöbəsi əməkdaşlarının operativliyi nəticəsində oğrulardan biri məlum oldu. Bədbəxtlər oğurluqdan əvvəl bilməli idilər ki, evimin işi və çölü çoxlu sayda gizli kamera ilə nəzarət olunur.